Əsas Səhifə / Avto

Abbas Abbasovun karrupsiya oyunu və xalası ərinin köməyi

20-01-2016, 18:47
Abbas Abbasovun karrupsiya oyunu və xalası ərinin köməyi

Xəbər verdiyimiz kimi Göygöl RPŞ-sinin polis əməkdaşı Abbas Abbasov Gəncə DYPŞ-sindən korrupsiya əməllərinə görə işdən azad edilib. İşdən azad edilən YPX-ti əməkdaşı digər yola əl atdıb. Belə ki, Göygöl rayon İcra Hakimiyyəti başçısı Arif Seyidovun baldızı oğlu olan Abbas Abbasov rayon ərazisində Mehti adlı YPX-ti əməkdaşı ilə birləşərək Göygölün Quşqara kənd ərazisində radar qurmaqla məşğul olurlar. Bəs Mehti Kİmdir? - Buna növbəti saylarımızda aydınlıq gətirəcəyik. Onuda qeyd edim ki, Mehti bir neçə ilə bundan əvvəl, hazırda YPX-ti zabiti olan qardaşı Vasiflə birlikdə Gəncənin Aeraportunda peraşki biznesi ilə məşğul olublar. Vasif işlərində nöqsana yol verdiyinə görə YPX-tindən azad edilərək Bərdə rayon Polis şöbəsində PPX-tinə göndərilmişdi. Ancaq sonradan zabit rütbəsi alaraq yenidən YPX-tinə qaytarılıb. Bunlar barədə daha sonra məlumat verəcəyik. 

XİA.az-a məlumat verən mənbənin sözlərinə əsasən Abbas Abbasov rayon ərazisində qeyri qanuni radar quruyr və Mehti sürücüləri saxlayır. Saxlanılan sürücülər isə yerinəcə "cərimələnərək" buraxılır. Hətda Mehti TIR sürücülərinində qənimi kimi tanınır. Bəs görəsən o rüşvər almırsa, qanuni işini icra edirsə necə və hansı pullarla 2 parado alıb və hazırdada onlara 1000 manatdan çox kredit ödəyir? - Bunada aydınlıq gətirəcəyik. 


Bizdə olan məlumata əsasən Abbas Abbasov rüşvət aldığına görə işdən azad edilib. İşdən azad edilən sabiq YPX-ti əməkdaşı ində özünə yeni bir qazanc mənbəyi tapıb. Deyilənə görə o külli miqdarda ziyan düşdüyündən ona bu saxta yola getməsinə Göygöl rayon PŞ-nin DYPB-sinin rəisi icazə verib. Biz bu barədə aidiyyatı orqanlara məlumat vermişik. İndi görək rəhbər şəxslər hansı tədbirləri görəcək. 

P.S. Ötən gün Abbas Abbasov rayon ərazisində səs gücləndirici siqnallardan istifadə edərək yüksək sürətlə şəsxi avtomobilini idarə edirdi. Göygöl rayon YPX-ti əməkdaşları isə buna qıraqdan baxıb zövq alırdılar. 


Administratorla əlaqə

077 611-55-22

[email protected]