Əsas Səhifə / Reportaj

"Yeni Yasamal" Tibb Mərkəzi haqqda bilmədikləriniz-Klinika kimindi?- ŞOK!!!

11-01-2016, 10:12
"Yeni Yasamal" Tibb Mərkəzi haqqda bilmədikləriniz-Klinika kimindi?- ŞOK!!!Klinikanın rəhbəri Nüşabə xanım həkimlərə təklif etdiyi faiz dərəcələrini onların klinikaya müştəri cəlb etmək bacarıqları əsasında müəyyənləşdirir

Bu gün ölkənin səhiyyə sistemində mövcud olan bir çox problemlər də məhz respublikamızda fəaliyyət göstərən özəl klinikalarla bağlıdır. İlk növbədə qeyd olunmalıdır ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. 

LİDERİNFO.AZ –a daxil olmuş ""Yeni Yasamal" tibb mərkəzi fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlumatlara görə "Yeni Yasamal" tibb mərkəzində tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. İddia olunur ki, baş həkim rəhbərlik etdiyi bu tibb müəssisəsində, 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. Maraqlıdır ki, bu gün klinikanın təkcə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan aparatlarının köməyi ilə kompleks müalicədə böyük rol oynayan Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, densitometriya, mammoqrafiya və s. müayinələr aparmaq mümkündür. Digər tərəfdən isə klinikanın müasir avadanlıqlarla təshiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. 

LİDERİNFO.AZ- a xəbər verən mənbələr klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. Yeni Yasamal" tibb mərkəzində də əsasən respublikamızdan kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar. Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Amma bu həkimlərin potensialı barədə ümumi təsəvvürü, onlarla klinika rəhbərliyi arasında razılaşdırılmış faiz dərəcələrinə görə də əldə etmək olar. 

Belə ki, adətən bilik və təcrübəsi daha çox olan həkimlərə təklif olunan faizlər də yüksək olur. Amma aldığımız açıqlamalara görə, məhz Yeni Yasamal" tibb mərkəzində həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə də təyin edilə bilər. Digər tərəfdən isə, mənbələr bildirirlər ki, bu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir. Təbii ki, bu da şirkətlər tərəfindən həkimlərə ödənilən faiz məbləğləri ilə stimullaşdırılır.Qeyd etmək lazımdır ki, hələ ötən ilin sonlarında mətbuatda yayımlanan məlumatlarda Yeni Yasamal" tibb mərkəzində ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində bir çox ciddi nöqsanların aşkarlandığı və bu səbəbdən də klinikanın bağlanacağı barədə açıqlamalar təqdim olunmuşdu. Bu xüsusda klinikada xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilməməsi və vergidən yayınma hallarının aşkar edildiyi, eləcə də klinikada laborator müayinələr zamanı qoyulan diaqnozların əksər hallarda səhv olması barədə çoxsaylı şikayətlərin olduğu əsas göstərilmişdi. Yeni aldığımız məlumatda isə bildirilir ki, hazırda Yeni Yasamal" tibb mərkəzi fəaliyyətinə davam etsə də, bu fəaliyyət Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan həyata keçirilir...

ANONS: Gələn sayımızda Yeni Yasamal" tibb mərkəzi hansi Siyasi Mühacirə aid olduğu və Vergidən neçə işçisini yayındırdığı haqqda xəbər verəcəyik! Bizi izləyin! 

Administratorla əlaqə

077 611-55-22

[email protected]