Əsas Səhifə / Analitika

Tovuzda sosial yardım bazarı - ƏSMM-də korrupsiya tuğyan edir

9-01-2016, 14:12

İcra başçısı Tofiq Zeynalov Elmir Quliyevi niyə müdafiə edir?

Son 1 ildə nazirlik Tovuz ƏSMM-də bir neçə dəfə qanunsuzluq aşkarlasa da sonda bu məsələlər hansısa gücün və rüşvətin hesabına ört basdır edilib.

Tovuzdan AzFakt.com-nun electron poçtuna rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri Elmir Quliyevlə bağlı şikayət məktubu daxil olub. Həmin məktubda bildirilir ki, Elmir Quliyev Tovuz rayon icra başçısı Tofiq Zeynalova arxalanaraq rəhbərlik etdiyi mərkəzi rüşvət yuvasına çevirib.

Məlumatda qeyd olunur ki, Tovuz rayonunda 2071 nəfər vətəndaş ünvanlı sosial yardım alır. Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon mərkəzində yoxlama apararaq ünvanlı sosial yardım alanları azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. Elmir Quliyev 2014-c üildə Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edir. Son 1 ildə nazirlik Tovuz ƏSMM-də bir neçə dəfə qanusuzluq aşkarlansa da sonda bu məsələlər hansısa gücün və rüşvətin hesabına ört basdır edilib.

Qeyd olunur ki, Elmir Quliyevin Tovuzdakı bu özbaşınalıqlarından Səlim Müslümovun xəbəri yoxdur. Mərkəz müdirini qoruyanlardan biri Tovuz icra başçısı Tofiq Zeynalov ,digəri isə Əmək və Əhalinin Müdafiəsi nazirliyi yaninda Dövlət Sosial Təminat Xidmətinin rəhbərliyidir. Elmir Quliyevin dəfələrlə bunu öz yaxın adamları ilə olduğu içki məclisində açıq aşkar dediyi və onların sağlığına badə qaldırdığıda bildirilir.

Hazırda Tovuz rayonunda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Elmir Quliyevin «şərt»ini qəbul etməlidir. Bu şərt isə vətəndaşa düşəcək 2 illik ünvanlı soial yardımın 5 aylğını mərkəz müdirinə yaxud onun adamına verilməsdir. Mərkəz müdirinin bu «şərt»ini qəbul etməyənlər uzun uzadı süründürməçiliyə məruz qalır və çox vaxtı sənədlərində hansısa bir çatışmamazlıq yaradılaraq nazirliyin elektron bazasına göndərirlər. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 aylığa dondurulur.

Bbildirilir ki, bu gün Tovuzda xeyli sayda vətəndaş Elmir Quliyevin şərtini qəbul etməyərək bir müddətlik ünvanlı sosial yardımdan məhrum olublar. Elmir Quliyev və əl altıları son bir ildə ünvanlı sosial yardım siyahısına saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanunsuz istifadə edirlər. Belə ki, ünvanlı sosial ayrdım alan vətəndaşların bir çoxunun aftomobili, ticarət obyekti və sair gəlirli sahələri var. Amma Elmir Quliyev və işbazları bu qanunsuzluqları qulaqardına vuraraq bəzi vətəndaşları rüşvət qarşılığında ünvanlı sosial yardım siyahısına daxil ediblər.

Şikayətçitnin iddiasına görə Elmir Quliyevin aftomobilində 50-dən çox müxtəlif şəxlərə məxsus ünvanlı sosial kart var. Mərkəz müdiir həmin kartlardan ona çatacaq vəsaiti 3 yada 5 ay götürərək sonda özlərinə qaytarır. Tovuzda ünvanlı sosial yardım siyahısına tez düşməyin ən asan varinatı isə bəribaşdan mərkəz müdirinə 600 manat rüşvət verməkdir. Bu zaman vətəndaşın sənədləri tez tələsik hazırlanır və nazirliyin ümumi bazasına göndərilərək siyahıya salınır.

Xatırladaq ki, keçən il dekabr ayında Hesablama Palatası Dövlət Sosial Təminat Xidmətinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (Mərkəz) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı yoxlamanın nəticəsini açılayıb. Palatanın açıqladığı məlumata görə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı Tovuz rayon ƏSMM tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.

Auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib.

Görüdyünüz kimi Hesablama Palatasıda Elmri Quliyevin rəhbərlik etdiyi mərkəzin qanusnuzluqlar etdiyini üzə çıxardıb. Bi isə o anlama gəlir ki, Səlim Müslümovun Tovuzdakı mərkəz müdiri şikayətdə olduğu kimi həqiqətəndə rüşvət hesabına aftomobili, torpağı, obyekti olan şəxslərə ünvanlı sosial yardım düzəldib. Ümid ediri ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Tovuz rayon mərkəz müdiri Elmir Quliyevin bu özbaşınalığının qarşısını alacaq. (AzFakt.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]