Əsas Səhifə / Analitika

Elmar Vəliyev qudasının “vurulmasından” narahat olub – İDDİA

2-01-2016, 20:35
Elmar Vəliyev qudasının “vurulmasından” narahat olub – İDDİA

"Kərəm Həsənov yeni il ərəfəsində hakimiyyətə yaxın şəxslərlə görüşərək, bu şansı da sınamaq istədiyini deyib”

Ötən ilin sonlarına doğru MTN başçısı Eldar Mahmudov və onun ətrafındakı generallarla bağlı aparılan istintaq işləri, eləcə də bir sıra jurnalist araşdırmaları nəticəsində başqa məmur və nazirlərlə bağlı da bir sıra faktlar ortaya çıxdı. Qafqaznews.az-ın bundan əvvəl apardığı araşdırmalar nəticəsində də məlum olub ki, Mahmudovla bir sıra ortaq əməllərdə şübhəli bilinən, lakin hələ də diqqətdən kənarda qalan məmurlardan biri də Dövlət Əmlak Komitəsinin (DƏK) sədri Kərəm Həsənovdur. 2015-ci il dekabrın 28-də saytımızda yayımlanan "Kərəm Həsənov postunu "şantaj” yolu ilə qorumağa çalışır?”başlıqlı yazıda da qeyd etmişdik ki, "əmlak naziri” kimi böyük imkanları ilə tanınan K.Həsənov vəzifədə olduğu illər ərzində nəinki öz biznesini formalaşdırıb, eləcə də bir çox məmurun özünə qanunsuz yolla malikanələr tikdirməsinə və "levıy” obyektlərə yiyələnməsinə şərait yaradıb. Belədir ki, E.Mahmudov və A.Çovdarovla bir sıra ortaq "fırıldaq”ların açar fiquru olan Kərəm Həsənovun proseslərdən ziyansız çıxmasına səbəb kimi, onun digər məmurlar barədə də mühüm məlumatlara sahib olduğu göstərilir.

Ötən yazımızda oliqarx-məmurların biznes fırıldaqlarının "qara qutusu” kimi tanınan Kərəm Həsənovun yaxın günlərdə gözlənilən yoxlamalardan "salamat” çıxmaq üçün "şantaj” üsuluna əl atdığı deyilirdi. Həmçinin, onun MTN sistemində çalışan qardaşı və Miqrasiya Xidmətində yüksək vəzifədə çalışan qardaşı oğlu vasitəsi ilə də şantaja və təhdidlərə məruz qaldığı barədə bir sıra məlumatlar dərc edilmişdi. DƏK sədri barədə yeni əldə etdiyimiz məlumata görə, Kərəm Həsənov Eldar Mahmudovla bağlı işbirliyini şantajla əlaqələndirərək, yuxarı dairələri inandırıb ki, DMX-də rəhbər vəzifədə çalışan Emin Həsənovun barəsində müxtəlif bilgiləri mətbuata sızdıran MTN çetesi ondan bir sıra "xidmət”lər tələb edib. Mənbənin sözlərinə görə, özünü qurban roluna qoyan Kərəm Həsənov istintaqa bəzi faktlarla kömək etməyə razılaşaraq, özünü sığortalamağa çalışır. "Vaxtilə qardaşı oğlunu DMX-yə rəhbər gətirməyə çalışan, lakin sonradan bu sevdasından vaz keçən DƏK sədrinin sonradan MTN çetesi ilə birlikdə XİN strukturlarını ələ keçirməyə çalışıb. Hətta vurulması ehtimalında hansısa ölkəyə səfir getməyi özü üçün ehtiyat variant saxlamışdı”, – deyə mənbə bildirir.

Qafqaznews.az-ın məlumatına görə vaxtilə qohumlarını müxtəlif dövlət qurumlarına yerləşdirən Kərəm Həsənov həmin qurumlar və rəhbərləri barəsində də geniş məlumatlara malikdir. Lakin məsələ ondadır ki, Kərəm Həsənovun özünün də "mələk” olmadığı, gec-tez vurulacağı gözlənilir. Mənbə DƏK sədrinin qarşısında iki yol olduğunu qeyd edib: "O, ən yaxşı halda bir sıra biznes obyektlərindən imtina edərək, zərərsiz halda vəzifədən gedə bilər. Kərəm Həsənov da hazırda buna çalışır.

Səfir getmək barədə variant da DƏK sədrinin gündəmindədir. Hətta o, yeni il ərəfəsində hakimiyyətə yaxın şəxslərlə görüşərək, bu şansı da sınamaq istədiyini deyib. Kərəm Həsənov hazırda hər varianta razıdır, amma yaxınlarının məsləhəti ilə, daha çox Balkan zonasında olan ölkələrdən birinə getmək arzusundadır. Çünki həmin ölkələrdə onun gizli biznes qurması üçün münbit şərait ola bilər”. DƏK sədrinin "vurulmasından” Elmar Vəliyevin də narahat olduğu, artıq bir sıra şəxslərə aramsız zənglər etdiyi deyilir. Xatırladaq ki, Kərəm Həsənovla Gəncə meri Elmar Vəliyev qudadırlar. Kərəm Həsənovun oğlu Elmar Vəliyevin kürəkənidir. O, E.Vəliyevin qızı ilə ailə qurduqdan sonra, İsveçrəyə köçərək, orda özünə biznes qurub. Çox güman ki, atasının düşəcəyi problemləri oğul Həsənov əvvəlcədən görürdü və bu proseslərdə də DƏK sədrinə kömək edəcəyi istisna olunmur.

Sənan Məmmədli


Administratorla əlaqə

077 611-55-22

[email protected]