Əsas Səhifə / Analitika

Azərbaycan diplomatı çanta biznesinə başladı

2-01-2016, 16:04

 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunda (DƏ-İKGF) Azərbaycanı təmsil etmiş gənc diplomat Türkiyədə çanta biznesi açıb.

"Hürriyet” qəzeti xəbər verir ki, Nabat Qaraxanova İtaliyanın tanınmış brendlərindən olan qadın əl çantalarının distribütorluğunu həyata keçirən "Mezo Moda” şirkətinin qurucularından biridir.

Nabat Qaraxanova diplomat ailəsində doğulub, Türkiyənin Qalatasaray Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Özünün dediyi kimi 5 dil bilir, moda həvəskarıdır və İslam Konfransı Təşkilatının Gənclər Forumundakı işindən ayrıldıqdan sonra biznes qurmağı qərara alıb.

İnternet resuruslarında Qaraxanovanın barəsində geniş məlumat yoxdur. Ancaq onun adı AzərTAC-ın 2012-ci ildə "Xocalıya ədalət” kampaniyası çərçivəsində İstanbulda keçirilən rəsm və foto sərgisindən hazırladığı reportajda keçir. Həmin tədbirdə İKT Gənclər Forumunun təmsilçisi kimi Nabat Qaraxanova və Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, habelə Bakıdan gedən bir sıra rəsmilər və ictimai xadimlər iştirak ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]