Əsas Səhifə / Yaşam

Əzablı keçmişdən işıqlı gələcəyə doğru

7-02-2014, 21:49

Həyatımız boyu valideyinlərimizdən gördüyümüz, eşitdiyimiz nəvazişlər yaşamımızın ən şirin anlarıdır , amma nə yazıq ki ,dünyaya yaşamaq, yaratamaq,sevinmək ,ağlamaq üçün gələn bütün uşaqlara nəsib olmur bu..kiçik vaxtlarımızda tək dərdimiz vaxtımızı necə yaxşı keçirmək olur, təki valideyinlərimiz istəklərimizi yerinə yetirsin ,elə bilirik ki, dünya ətraf mühit bizim istəklərimizdən asıldır,kaprizlərimizi nə olur olsun yerinə yetirməyə calışırıq,ətrafımızdakı insanların həyat tərzi necə yaşamaqlarıbizi maraqlandırmır,amma yaşa dolduqca dərk edirik ki,həyat hamı üçün eyni imkanları vermir,hətda heç yaşama imkanlarıolmayan yaxud minlərlə çətinliklərlə üzləşərək yaşam mübarizəsi verən insanlar var...

Bu gün haqqında söhbət edəcəyim insanı çox az zamandır tanıyıram və ilk dəfə Əlillər üçün təşkil olunan tədbirdə gördüm. Bu az muddətdə onun nə qədər yaxşı,nə qədər düşümcəli, yeri gələndə zarafatcıl,uşaqlıq illərini yaşaya bilməməsinə baxmayaraq sadəlöv uşaq kimi mehriban,qaygıkeşvə ağıllı oldugunu gördüm,onun əlil qardaşlarımıza olan qayğısını görəndə düşünürdüm ki, O həsrət qaldığı ailə şirnliyini onlara gostərir bir ata kimi. O, ailə nəvazişi görməyib bütün həyatını cətinliklər içərisndə keçirib.Allaha sığınaraq -inamla irəli doğru addımlayıb və hal hazırda O, özü artıq xoşbəxt bir ailə sahibidir və insanların inamını qazanaraq mehriban mühit yaradıb özü üçün,bu heç də asan deyil........gəlin ilk başdan anlatım onu sizlərə:.
Çoxu zaman düşünürdüm--biz isti evlərimizdə otururkən bəs küçələrdə qalan,kimsəsi olmayan,xəstə olan zaman necəsən , deyə soranı olmayan,ac olmamaq üçün min əzaba dözən o kimsəsiz uşaqlar bəs necədir?,hardadır?---bu suallar bütün günü düşüncələrimin əsasını təşkil edirdi. bir gun sosial şəbəkədə bir səifədə o kimsəsiz uşaqlara kömək edənlərin şəkillərini gördüm--səifə mənə çox, maraqlı gəldi və suallar verdim.məlum oldu ki,çox şükür kimsəsiz uşaqların taleyi haqqında düşünən onlara kömək edən,ən azından həyatının axarını pis yollara dəyişməsin deyə onlara yardım edən insanlar ,təşkilatlar var.və bu gün kimsəsizlərə kömək edənlərdən biri də, haqqında danışacağım Araz,bəydir.........çox söhbətdən sonra mənə məlum oldu ki, Araz bəy də, həmin o kimsəsiz uşaqlardan biri imiş və həyatın cətinliklərlə dolu axarına sinə gərərək dözmuş və hal hazırda O kimsəsizlərin ümid işığıdır..hər birinin istər cüzi istər böyük problemini ilk o bilir çünki O,onlara qəlbən yaxındır və özünün də, dediyi kimi bu probleməlrdən Ürək ağrısı tapıb.amma O yenə də, geri çəkilmir unutmur ki, vaxtilə o da,bu qədər problem yaşayaıb və Allahın köməyi ilə indi O, başqalarına kömək edir.Onun həyat yoluna nəzər salaq və bir uşağın üzləşə biləcəyi çətinliklərə necə tab gətiridiyini izləyək ,onun yazdıgıkimisizlərəçatdırıram

1990-cı ildə Atam dünyasını dəyişdi. Ailədə 5 uşaq qalmışdıq. Mən böyük olduğum üçün bütün yük mənim üzərimə düşürdü, tamam ruhdan düşmüşdüm amma onuda bildirim ki, məndən kiçik bacı qardaşlarım var, onları mən bir yana çıxartmalıyam. Anam ömrü boyu evdar qadın olduğu üçün ona da çox çətin idi. Bu şeyləri düşünərək özlüyümdə 1 həftənin içində 10 il böyüdüyümü hiss etdim. Həmin vaxtı ölkəmizdə vəziyyət çox çətin idi. Qarabağda müharibə başlamışdı. Qaz,işıq hətta dükanlarda belə çörək yox idi. Arxaya baxmadan bu çətinliylərə qalib gələ-gələ ancaq irəliləyirdim. 1993-cü ildə anamda ömrünü bizə bağışladı. Özümü ruhdan düşməyə qoymadım güclü olmağa öyrəşmişdim. Bacılarımı xalam himayəsinə götürdü, biz isə 3 qardaş heç bir qohum himayəsinə girmək istəmədik və bir müddət üçümüz yaşadıq. Özüm qardaşlarımın tərbiyəsiylə məşqul olurdum.

Bir gün rayon icra hakimiyyətindən gəlib bizə bildirdi ki, bu cür qalmaq olmaz, gəlin sizi internat məktəbinə yazdıraq, bu bizədə çox maraqlı gəldi. Paytaxtda böyümək, uğur qazanmaq üçün əlverişli idi, razılaşdıq. Məni Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbinə, 2 qardaşımı isə yaşları az olduğu üçün Lənkəran şəhərində ki, usaq evinə yolladılar. Bakıya gəldiyimə görə çox sevinirdim lakin qardaşlarım uzaqda olması və onların təhsil və tərbiyəsindən xəbərsiz olmağım məni rahat qoymurdu. Yenədə mübarizəyə davam deyib Təhsil Nazirliyinə bir məktub yazdım və qardaşlarımın yanımda olmasını onlardan xahiş etdim, sağ olsunlar mənim xahişimi nəzərə alıb qardaşlarımıda mənim yanıma 1 saylı internata köçürdülər. Beləki internat həyatım bu cür başladı. Mənim yaxşı zehnim olsada oxumağa həvəsim qalmamışdı, lakin qardaşlarımın təhsilinə, çox ciddi nəzarət edirdim. Oxudum və bir müddətdən sonra məktəbdə şagird və müəllimlərin etibar və inamını qazandım. Hər bir işdə çox fəal və qabaqcıl idim, vaxt çox tez keçdi. Böyüdük 11-ci sinifi qurtardıq, artıq bizə doğma olan məktəbi tərk etməliydik. Tək başına yenə bir müstəqil həyat başlamaq lazım idi. Bakı şəhərində məktəbdən kənarda heç kimi tanımırdıq, mənimlə birlikdə məktəbi bitirən və getməyə heç bir yeri olmayan 3 nəfərdə var idi ki, oxuduğumuz müddətdə onlara müstəqil həyatın o qədərdə çətin olmadığını və hər şeyin yaxşı olacağını inandırmışdım. Bu cür sözlərlə özüm bilmədən onların məsuliyyətini özü üzərimə götürmüşdüm. Bir yerdə məktəbi tərk etdik. İlk planım, kirayə ev tutduq hərəmiz bir iş tapıb işləməyə başladıq, qardaşlarımada tez-tez gedib dəyirdim, onların dərsləriylə maraqlanırdım çox yaxşı oxuyurdular, müəllimlər tərifləyir və razılıq edirdilər hərdən şəhərə gəzməyə aparardım.Sinif yoldaslarımla birlikdə yasamaq uğurlu addım idi cunki digər gənclər də birlikdə yaşamaq asan və təhlükəsiz olduğunu görüb bizə qoşuldular və birlikdə böyük bir ailə olduq. Ən birinci uğurum, dövlətdən ev tikmək üçün torpaq sahəsi aldım.İkinci böyük uğurum isə Dan Ulduzu(DAN) təşkillatı ilə tanış olduğum gün başladı, belə bir təşkilatın olması bizi çox ruhlandırdı. DAN təşkilatını tanıdıqdan sonra bir neçə gənclərimiz müxtəlif xəstəllikdən müalicə olundu. Bir çox gəncləır muxtəlif kurslara yazıldi və ali təhsil almaq istəyən gənclərə lazımi şəraitlər yaradıldı. Çox sevindirici haldir ki, bizim 45-ə yaxın gənclərimiz DAN təşəbbüsü ilə ARDNŞ muvafiq müesselərinde işlə, ve qalma üçün yataqxana ilə təmin olunublar. Həmçinin DAN-ın bizim gənclərə vaxt aşırı verdiyi hüquq maarifləndirməsi və psixoloji təlimlər gənclərə çox müsbət təsir göstərir və onlarda özünə inamı artırır. Ən böyük uğurlarımdan biridə həmin təşkilatı təşəbbüsü ilə Moskva Sosial Humanitar institunda 10 nəfər gəncimiz ali təhsil alırlar, onlardan da biri mənim kiçik qardaşım Rəşaddı və bu mənim ən böyük arzularımdan birinin həyata keçməsidir. Biz artıq öz hüquqlarımızı bilirik və bu bəzən güclü olmağa kömək edir. Həyatda heç bir şeydən narazı deyiləm və hər bir günümə görə Allaha şükür edirəm. Mənim üçün vacib olan şey inam və etibar qazanmaqdı. Həmişə insanların inamını və etibarını qazanmağa çalışmışam. Əsas məqsədim isə həyatda yaşadığım müddət ərzində yaşayışımın daha mənalı olması üçün nəyəsə faydalı olmaq istəmişəm və bunun üçün çox çalışıram.

Bəli bu Arazın öz həyatı hakında yazdıqlarıdır ,amma bu həyat heç də oxudugumuz kimi asan deyil, hər bir sətrdə əzab var və həyatın nə qədər cətin olduğuna nümunədir....və Arzın həyatı haqqında yazdıqlarına mən onun danışdıqlarından bir neçə sətr də, əlavə etmək istəyirəm ....Araz, hər söhbətində Gülarə xanım Teymurovanın, adını mütləq çəkir cünki bu gözəl Ana, mehriban
qadın bir çox kimsəsiz uşaqların , o cümlədən Araz, bəyin də həyatında mühüm rol oynayır və hal hazırda da, Gülarə xanım onların hər addımında onlara kömək etməkdən yorulmur. buna görə də ,ona nə qədər təşəkkür etsək də, az olar Tanrı belə böyüklərimizi başımızın üstündən əskik etməsin inshallah!
Araz bəy, artıq həyat yolunu istədiyi səmtə yönəldməyi bacarib artiq o cox tanınmış bir şirkətdə Dövlət Neft Şirkətində calışır və o eyni zamanda Prezident yanında Gənclər fondununda tecurbecidi,"DAN" Beynəlmiləl Genclər ictimai Birliyinin könüllülər kardinatorudur və IMSI gənclər icdimayi birliyini təsis edib və bu cür kateqoriyaları, layihələri və layihələrdən layiq görüldüyu diplomları saymaq istəmirəm... məncə Arazın ən böyük uguru onun əsl insan kimi, əsl ata kimi, əsl Azərbaycanlı kimi yetişməsidir...
Uğurların yoluna işıq salsın daima Qardaşım və inanıram ki ,Həyat yolun səninçün nə qədər çətinliklərlə dolu olsa da,hər bir günü hər bir anı səninçün dəyərlidir və əzizdir!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]