Əsas Səhifə / İqtisadiyyat

"Qarabağ-2010" Kredit İttifaqının ŞOK FRILDAĞI

31-12-2015, 20:19
"Qarabağ-2010" Kredit İttifaqının ŞOK FRILDAĞI

Vətəninfo.az İnformasiya Agentliyinin redaksiyasına İmişli Rayonu Rəsullu kənd sakini Əliyev Valeh Əli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Purokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab cənab Mədət Quliyevə müraciəti daxil olub. Əliyev Valeh Əli oğlunun müraciətdə qeyd edilir ki, o 05.03.2013-cü ildə evimi girov qoyaraq"Qarabağ-2010" Kİ MMC-dən 6000(altı min)

manat krediti 18-ay müddətinə götürüb və 04.12. 2013-cü il tarixində götürdüyü krediti vaxtından əvvəl ödəyib qurtarıb.

"Bundan sonra mən evimi girovluqdan cıxarılması üçün Ağcəbədi şəhərində yerləşən "Qarabağ-2010 Kİ.MMC-nin idarə heyətinin sədri Səyyaf Məmmədovla görüşüb əmlakımın girovluqdan azad edilməsini xahiş etdim.S.Məmmədov mənə cəmiyyətə heç bir borcum olmadığı barədə arayış verərək yaxın günlərdə əmlakımın girovdan azad olunacağını bildirdi.Lakin bir müddət keçdikdən sonra Ağcəbədi rayon məhkəməsi tərəfindən

mənim ünvanıma bildiriş göndərilərək məhkəməyə dəvət olundum.Məhkəmə zamanı məlum oldu ki,sədr Səyyaf Məmmədov məndən başqa bir neçə vətəndaşı aldadaraq əmlaklarını girov qoydurub 200(iki yüz min) manat məbləğində İcraçı kredit ağentliyindən pul

götürüb,və cüzi hissəsini bizə verərək qalanını öz mənafeləri üçün istifadə edib”. Əliyev Valeh Əli oğlu müraciətində onu da vurğulayır ki, o ölkə prezidenti cənab İlham Əliyedən və ölkənin hüquq mühafizə orqanları rəhbərliyindən lazimi göstəriş verəsin xahiş edir.

Qeyd edək ki, Əliyev Valeh Əli oğlu, müvafiq orqanların onunla əlaqə saxlaması üçün özünün şəxsi mobil telfonunda qeyd edib: Telefon 051-494-10-11

Administratorla əlaqə

077 611-55-22

[email protected]