Əsas Səhifə / Avto

Sərhəd Qoşunlarının hərbçisindən Həzi Aslanova hörmətsizlik - Lənkəranda əhali ayağa qalxdı

27-12-2015, 21:10
Sərhəd Qoşunlarının hərbçisindən Həzi Aslanova hörmətsizlik - Lənkəranda əhali ayağa qalxdı
Axşam saatlarında Lənkəranda Dövlət Sərhəd Qoşunlarının hərbçisinin qudurğanlığı az qala bütün şəhəri ayağa qaldırıb.

Lənkəran sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, sözügedən hərbşi şəhərin tam mərkəzində 90- ZK - 504 dövlət nömrə nişanlı qara rəngli "LandRover" markalı avtomobili ilə 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmuş Həzi Aslanovun adını daşıyan parka daxil olaraq avtoşluq etməyə başlayıb. Sonra isə avtomobili ilə Qala Xiyabanının ortasına gedən hərbçiyə Lənkəran sakinləri etiraz ediblər. Çünki hər iki parkda nəinki avtomobil, adicə velosiped belə sürmək qadağandır.  

Lənkərandakı Sərhəd Qoşunlarında xidmət edən ÇİP-ın sahibinə şəhər sakinləri başa salmaq istəyib ki, hərbçi ola-ola general Həzi Aslanova və əhaliyə hörmətsizlik edirsən. Həmin hərbçi isə qudurğan tərzdə cavab verib ki, "yaxşı edirəm, yenə sürərəm". Daha sonra əlavə edib ki, "o Həzi Aslanovdur, mən də üç dəfə bayraq qaldırmışam".

Lənkəranda qudurğanlıq edərək yerli əhalinin əsəblərini tarıma çəkən hərbçinin harada bayraq qaldırdığını öyrənə bilməsəkdə, onu dəqiqləşdirə bildirk ki, həmin şəxsi ərazidən polis uzaqlaşdırıb. Belə ki, lənkəranlı gənclər həmin hərbçini "başa salmaq" üçün onu ərazidən uzaqlaşdırmaq istəyib. Həmin ərəfədə sakinlərdən biri bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətini məlumatlandırıraraq, tərbir görülməsini tələb edib. Vəziyyətin ciddiliyini nəzərə alan icra hakimiyyəti əraziyə polisləri göndərərək, qudurmuş hərbçinin saxlanılmasını tapşırıblar. Avtoşluq edən həmin hərbçi polislərə də məhəl qoymadan hamının eşidəcəyi tərzdə bildirib ki, məsələsini telefonla həll edəcək. 

Gecə saatları olduğu üçün Lənkəran şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb, Sərhəd Qoşunlarının "qəhrəman" hərbçisi barədə nə tədbir görüldüyünü öyrənə bilmədik. Bəlkə də artıq telefon zəngi ilə məsələsini həll edib. 

Görəsən Dövlət Sərhəd Qoşunlarının rəisi Elçin Quliyev tabeliyində olanlara hansı səlahiyyətləri verib ki, belə qudurğanlıq etməkdən çəkinmirlər. Ümid edirik ki, kimliyini hələ dəqiqləşdirə bilmədiyimiz həmin hərbçi barədə müvafiq ölçü götürüləcək. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]