Əsas Səhifə / Analitika

Moskva Azərbaycanla sərhəddə terrorla mübarizə ilə bağlı operativ qərargah yaratdı

26-12-2015, 19:36

Rusiya Azərbaycanla sərhəddə terrorla mübarizə üçün operativ qərargahın yaradılması barədə sərəncam imzalayıb.

Xeberman.com-un Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, Putinin sərəncamı ilə ölkənin dənizboyu şəhərlərində quvvələrin terrorla mübarizəsini planlaşdırılmasını təşkil etmək üçün operativ qərargahlar yaradılır.

Sərəncama əsasən,  belə operativ qərargah Xəzər dənizi sahilində yerləşən Kaspiysk şəhərində yaradılacaq. Bundan başqa,  Murmanskda, Petropavlovsk-Kamçatkada, Simferopolda və Cənubi Saxalində belə "ştab"ların formalaşdırılması qeyd olunub.

Putinin bu sərəncamında qeyd olunur ki, yeni yaradılmış qərargahların işi ilə bağlı Milli Antiterror Komitəsinin nizamnaməsinə əlavələr ediləcək.

Dağıstanda yerləşən Kaspiysk şəhəri Mahaç-Qala və Dərbəndin arasında yerləşir.

SSRİ vaxtı yaradılan bu şəhərdə hərbi-sənaye kompleksinin sifarişlərini hazırlayan qapalı zavodlar fəaliyyət göstərib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]