Əsas Səhifə / Ölkə

Şəhidimiz dəfn olundu – FOTO

15-01-2017, 19:01

Şəhidimiz dəfn olundu  – FOTO
Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 
Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.Şəhidimiz dəfn olundu  – FOTO
Şəhidimiz dəfn olundu  – FOTO
Şəhidimiz dəfn olundu  – FOTO
Şəhidimiz dəfn olundu  – FOTO
Şəhidimiz dəfn olundu  – FOTO
Şəhidimiz dəfn olundu  – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]