Əsas Səhifə / Media

Mehmanın aldığı nəfəs də yalandır - DİN

11-01-2017, 16:44

Xeberman.com  xəbər verir ki, DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, aldığı nəfəs də yalandan gedib-gəlir:

"Polis orqanlarında nə adam döyürlər, nə adama elektrik verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılan və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılan tanınmış bloqqer Mehman Hüseynov jurnalistlərə açıqlamasında bunları demişdi:

"Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]