Əsas Səhifə / Ölkə

Sabunçu rayon sakinləri niyə qışda istilik sistemlərindən istifadə etmir

15-12-2016, 14:35
Xeberman.com Analoq.az-a istinadən  xəbər verir ki,havaların soyuq keçməsinə baxmayaraq,Sabunçu rayonunda istilik sistemləri hələ işə salınmamayıb.Gün ərzində verilən istilik fasilərlərlə verilir.Bu fasilələr günlər və həftələrlə davam edir.

Sabunçu rayonunun sakinləri qızınmaq üçün əlavə elektrik qızdırıcılarından və digər vasitələrdən istifadə etmək məcburiyyətində qalıblar bu da sakinlərin ailə büdcələrinə ziyan vurur, həm də yanğına səbəb ola biləcəyindən həyatlarını təhlükə altına qoyur. 

Xatırladaq ki,respublika ərazisində istilik noyabrın 15-dən verilsə də Sabunçu rayon sakinləri istilikdən yararlana bilmirlər.Bununla bağlı 7 saylı İstilik Sistemlərinin İstismar Sahəsi( (Sabunçu r-nu) (99412) 428-23-30) ilə əlaqə saxlasaq da göstərilən nömrə sakinlərin köməyinə çatmır.Ümumiyyətlə bu nömrəylə əlaqə saxlamaq qeyri-mümkündür

Administratorla əlaqə

077 611-55-22

[email protected]