---

Bütün zamanların ən böyük hakimiyyət ustası- Heydər Əliyev Dahi insan haqqında qanadlı sözlərim

12-12-2016, 17:17

 

 

Bütün zamanların ən böyük hakimiyyət ustası- Heydər Əliyev Dahi insan haqqında qanadlı sözlərim"Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları" adlı kitabımdan bu yazının Heydər Əliyevin anım günü münasibətilə yayılmasını zəruri hesab edirəm.

Heydər Əliyevlə Naxçıvan Ali Məclisində 1993-də görüşməyimdən qürur duyuram.

Heydər Əliyevin vətənə böyük sevgisi, layiqli vətəndaşa sayğısı vardı. Heydər Əliyevin tapşırığı ilə 1993-də baş nazir Şəmsəddin Xanbabayev özü 2 gün məni Naxçıvanda gəzdirərək bütün problemlərlə tanış etdi.

Tariximizin nəhəngi Heydər Əliyevlə Naxçıvanda görüşərkən o energetikanın bütün problemləri haqqında istənilən mütəxəssisi heyrətə salan söhbətlər etdi və Naxçıvandakı enerji problemi haqqında müfəssəl məlumatlar verdi.

1993-də Naxçıvanda atüstü sorğu keçirdim. Naxçıvanlılar dedi ki, buz kimi soyuqda, erməni blokadasında ona görə yaşayırıq ki, Heydər Əliyev də burada bizimlə yaşayır. Naxçıvanı saxlayan Heydər Əliyevdi.

Məmurların hamısı Heydər Əliyevdən qorxurdu. Bu qorxuda böyük hörmət hissi də vardı. Bütün məmurlar bu nəhəng insanla müqayisədə xırda olduqıarını yaxşı dərk edirdilər.

Heydər Əliyev dünyadakı böyük natiqlərdən biri olub. Onun bütün nitqləri səlis, dərin məzmunlu və cəlbedici idi.

Dünya liderləri konspektsiz danışmağı Heydər Əliyevdən öyrəndilər.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə zəngin biliyə malik olan fenomenal şəxsiyyət, dahi dövlət adamı idi.

Sovet imperiyasının tarixində Siyasi Bürodan azad olunandan sonra sağ-salamat qurtaran birinci insan Heydər Əliyev oldu.

Heydər Əliyev Sovet imperiyasının Siyasi Bürosunda hamıdan daha güclü, daha ağıllıı, zəngin biliyə və təcrübəyə malik dövlət adamı idi.

Heydər Əliyev insanlara dəyər verməkdən zövq alırdı. Heydər Əliyevi könüllərdə yaşadan ən böyük keyfiyyət budur.

Qurtuluş gününün mahiyyəti-Heydər Əliyev Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi.

-Qurtuluş gününün mahiyyəti-general Heydər Əliyev Azərbaycan ordusunu yaratdı.

Heydər Əliyev Azərbaycanın balanslaşdırılmış siyasət kursunun banisidir. Azərbaycan neytral ölkə olmasa da balanslaşdırılmış siyasət kursu nəticəsində özünü tam müstəqil və neytral dövlət kimi apara bilir.

Heydər Əliyev Azərbaycanda dövlət çevrilişlərinə son qoydu.

Heydər Əliyev bütün zamanların ən böyük hakimiyyət ustasıdır!

 

Prof.Dr. Qüdrət İsaqov

Administratorla əlaqə

077 611-55-22

[email protected]